Bakı metrosunda YENİLİK - 5,4 milyonluq LAYİHƏ
30
sen
2025
14:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" QSC-də istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin yenilənməsi ilə bağlı açıq tender elan olunub.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində köhnə kabel xətlərinin demontajı və yeni kabellərin montajı həyata keçiriləcək.
Satınalmanın ehtimal olunan dəyəri 5 milyon 404 min manatdır.
Bu layihə Bakı metrosunun enerji təminatında təhlükəsizliyi artıracaq və sərnişinlərin fasiləsiz daşınması üçün daha dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...