Bakı metrosunda pulsuz dəqiqələr - Sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə metropolitenin sözçüsü Bəxtiyar Məmmədov “qafqazinfo”ya bildirib. Onun sözlərinə görə, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub:
“Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı.
Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıblar.
Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.
Oxşar xəbərlər
Metro işçilərindən metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar
“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçil...