Bakı metrosunda havalandırma problemi var? - RƏSMİ CAVAB

Bakı metrosunda havalandırma problemi var? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 173

Yay fəsli bitsə də, yeni tədris ilinin başlaması ilə həm yeraltı, həm də yerüstü nəqliyyatda sıxlıq müşahidə olunur. Bu da insanların havasızlıqdan əziyyət çəkmələrinə səbəb olur.

BAKU.WS xəbər verir ki, vətəndaşlar ictimai nəqliyyatlarda havalandırma və kondisionerin normal işləməməsindən şikayət edirlər.

Ümumiyyətlə, yeraltı və yerüstü nəqliyyatda kondisanerlərin, havalandırmanın işləmə prinsipi nəyə əsasən tənzimlənir? Bu, hansısa qrafikə bağlıdır, ya maşinistin, sürücünün özündən asılıdır?

Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, metropolitendə qatarların hərəkət sxemi ilə yanaşı, havalandırma sistemi də payız rejiminə uyğunlaşdırılır. İlk növbədə hava proqnozu və hava xəbərdarlığı daim diqqətdə saxlanılır. Çünki qeyri-rəsmi payız fəsli gəlsə də, iqlimə görə Bakıda yaya xas olan hava şəraiti var. Amma birmənalı olaraq "Bakı Metropoliteni"ndə olan bütün stansiyalar və tunellerdə havalandırma sistemləri işlək vəziyyətdədir. Qeyd edək ki, bu il 6 yeni təbii havalandırma sistemi quraşdırılıb. Hər biri vahid qrafik əsasında çalışır. Qatarların yenilənməsi kimi havalandırma sistemlərinin də yenilənməsi dövrü olaraq aparılır. İstismar müddətini başa vuranlar yenisi ilə əvəz olunur. Onu da bildirim ki, köhnə nəsil qatarlarda havalandırma sistemlərində soyutma rejimi yoxdur. Çünki onlara soyutma rejiminin quraşdırılması qeyri-mümkündür. Bu, hətta qatarın yenidən istehsalı prosesinə bərabər həsab edilir. Qeyd edim ki, bu il "Bakı Metropoliteni"də 7 yeni qatar xəttə buraxılacaq.

Havalandırma sistemləri bütün fəsillərdə işlək vəziyyətdə olur. Yay dövründə günorta radələrində havalandırma sistemi qoşularsa, bu da sərnişinlərin narahatlığına səbəb ola bilər. Çünki çöldə olan isti hava kütləsi dərhal içəri daxil olur. Bu da dözülməz hala çevrilir. Bunu da bildirim ki, stansiyalarda olan havlandırma ilə, tunellərdə olan havalandırma sisteminin işləmə prinsipləri də fərqlidir.

Ümumilikdə, yeni nəsil qatarlarda kondisionerlər metropolitendə iş rejimi başlayandan bitənə qədər işlək vəziyyətdə olur. Onların hamısı avtomatik rejimdə çalışır."

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayaraq cavab gözləyirik.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

86 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər