Bakı metrosunda basabas - SƏBƏB AÇIQLANDI

Bakı metrosunda basabas - SƏBƏB AÇIQLANDI
Sosial 1242
Bu gün səhər saatlarında Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilib.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.Verilən məlumata görə, səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır.“Heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib. Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir.Xüsusilə metronun “Koroğlu”, “Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır”, - deyə B.Məmmədov bildirib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Metroda problem yarandı - Sərnişinlər qatarlardan çıxarıldılar

Metroda problem yarandı - Sərnişinlər qatarlardan çıxarıldılar

Bu gün səhər saatlarında Bakı metrosunda texniki nasazlıq yaranıb.Bu barədə Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə məlumat verib...

728 Hadisə 10:46 22 oktyabr 2019

Son xəbərlər