Bakı metrosunda sıxlıq – Qatarlar tuneldə qaldı

Bakı metrosunda sıxlıq – Qatarlar tuneldə qaldı
Hadisə 2240

Bu gün Bakı metrosunda sərnişin sıxlığı müşahidə olunur.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, metronun “28 may”, “Gənclik”, “Nərimanov”, “Koroğlu” və digər stansiyalarında basabas yaşanır. Həmçinin bir neçə stansiya arasında və platformalarda qatarların hərəkəti ləngiyir.Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə bildirdi ki, bu gün səhər saatlarından Bakı metrosunda sərnişin sıxlığı müşahidə olunur.“Metro qatarlarınnın heç birində texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlərin qatarların qapılarını tutub-saxlamaları və digər ləngimələr qatarların qrafikinin pozulmasına səbəb olur.Bununla da, tunellərdə və platformalarda qatarlar gözləməli olur”, - deyə B.Məmmədov bildirib.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda problem – Sakinlər təxliyyə olundu

Bakı metrosunda problem – Sakinlər təxliyyə olundu

Bakı metrosunda yenə də problem yaranıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, metronun “İçərişəhər” stansiyasında qatar işləməyi...

922 Hadisə 11:36 14 fevral 2019

Son xəbərlər