Bakı marketlərində son vəziyyət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilər gün ərzində bir çox insanla yaxın təmasda olduqlarına görə birdəfəlik maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə edirlər.
BAKU.WS Real TV-yə istinadla xəbər verir ki, qaydaya əsasən, marketlərdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər marketlərdəki hər bir kassa fəaliyyət göstərməlidir.
Həmçinin kassaların qarşısında növbədə duran insanlar bir-birlərindən 2 metrlik məsafədə dayanmalıdırlar. Baş çəkdiyimiz marketlərin çoxunda bu qaydalara əməl olunduğunu gördük.
Ərzaq məhsullarının satışı ilə məşğul olan marketlərlə yanaşı, tibbi avadanlıqların satışını həyata keçirən marketlərin də fəaliyyəti ilə tanış olduq.
Burada da eyni qayda ilə müştərilər üçün dezinfeksiyaedici aparat quraşdırılıb.
Eyni zamanda, həm müştərilər arasında, həm də müştərilərlə işçilər arasında 2 metrlik məsafənin saxlanılmasına riayət edilir.
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...