Nazirlik Bakıda məşhur obyektlərdə nöqsanlar aşkar etdi (SİYAHI)

Nazirlik Bakıda məşhur obyektlərdə nöqsanlar aşkar etdi (SİYAHI)
Video 2091
Vergilər Nazirliyi Bakıda yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.Nazirliyin media və kommunikasiya mərkəzindən BAKU.WS-ə bildirilib ki, monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Əsasən məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub.Vergilər Nazirliyinin əməkdaşları monitorinqlər zamanı vergiödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıb. Monitorinqlər əsasən ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə edilib.Səbail rayonunda yerləşən “Viva dessert” şirniyyat mağazasında, Nəsimi rayonundakı “Geox” ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən “Lider inşaat” santexnika mağazasında və “Nobel elektrik” elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə olunub.Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən “Mega store” supermarketində, Yasamal rayonunda yerləşən “One pub kafe” və “Cafe Park” kafelərində, Səbail rayonunda fəaliyyət göstərən “Pappa Rotti” və “Ajda” kafelərində, Nərimanov rayonundakı “SIS underwear” mağazasında, Nəsimi rayonunda yerləşən “Ador” ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən “Türkoğlu dönər” kafesində, “28 pub” restoranında, “Krevetka” kafesində, Səbail rayonunda yerləşən “Mughal” restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar edilib.Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən “Spar market”də, “URP” mağazasında və “Araz supermarket”də, Yasamal rayonunda İlham Həsənova məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən “Ted Baker” mağazasında, Səbail rayonu ərazisində yerləşən “Baumler” mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən “Sekrets” kafesində, Nəsimi rayonunda yerləşən “Game and cinema center”də, Səbail rayonundakı “Coffe station” kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib olunub.Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45 faizinə cərimələr tətbiq edilib, 15 faizində qanun pozuntuları aşkar olunmayıb, qalan 40 faizi üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergiödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi onların nəzərinə çatdırılıb.Vergilər Nazirliyi vergiödəyicilərini qanunun tələbləri çərçivəsində fəaliyyət göstərməyə, 2018-ci ilin vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında “keçid ili” olmasından sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergiödəyiciləri ilə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə dəvət edir. Kassa çekləri vergiödəyicilərinin istehlakçı hüquqlarının pozulduğu hallarda, mənafelərinin qorunması ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.BAKU.WS

Son xəbərlər