Vətəndaşları aldadan mağazalar böyük məbləğdə cərimə olunacaq (RƏSMİ)
Vergi Məcəlləsinə edilən sonuncu dəyişikliklər nəzarət-kassa aparatlarından istifadə zamanı vergi ödəyicilərinin daha məsuliyyətli olmasını tələb edir.
BAKU.WS məlumat verir ki, məcəlləyə edilən dəyişiklikdə təsdiq olunmuş məlumatların kassa çeklərində əks olunmamasına, habel nağd pul hesablaşmalarının pozulmasına görə vergi ödəyicilərinin böyük məbləğdə cərimələr gözləyir.
Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə, vergi ödəyicisi tərəfindən təqvim ili ərzində qayda pozuntusuna birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə 2000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə 4000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə 6000 manat məbləğində maliyyə sanskiyası tətbiq ediləcək.
BAKU.WS
Oxşar xəbərlər
Prezident tapşırıq verdi: 24 min sahibkarın vergi borcu silindi
Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandı...