Bakı-Gəncə-Bakı dəmiryolu xətti üzrə iki əlavə reys təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bayram günləri Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Əlavə olunan bir reys 6 noyabr tarixində saat 08:15-də Bakıdan yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. İkinci əlavə reys 9 noyabr tarixində saat 17:30-da Gəncədən yola düşəcək və saat 21:05-də Bakıya çatacaq.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Yəni hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...