Bakı Dövlət Sirki loqotipini yenilədi
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni loqotipdə 12 ədəd sirk elementi istifadə olunub.
Bakı Dövlət Sirkinin yeni quruluşda olan loqotipinin xüsusi ideyası ondan ibarətdir ki, sirk yeni mövsümdən etibarən ilin bütün fəsillərində fəaliyyət göstərəcək.
Qırmızı rəngdə üçbucaqlardan ibarət olan 12 ədəd elementlər birləşərək sirk binasının dam örtüyünün formasını alıb.
Bu məqam bir daha ona işarədir ki, Bakı Dövlət Sirki dünya standartalarına cavab verən sirk proqramı ilə ilin bütün fəsillərində sirksevərləri qarşılamağa, onlara qucaq açmağa bir sözlə bir araya gətirməyə hər zaman hazırdır.
Yeni mövsümdən etibarən il boyunca sirk nömrələrinin nümayiş olunmağı Bakı Dövlət Sirkinin əsas hədəflərindən biridir.
Yeni loqonun rəsmini təqdim edirik.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...