Bakı Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə müvəqqəti dayandırılır.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, "Bakı Metropoliteni" QSC uzunluğu 200 metrə yaxın tunelin inşasına hazırlıq işləri çərçivəsində "28 May" metro stansiyası ətrafında Bakı Dəmiryol Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə başlayır. Tikinti meydançalarından biri Vağzalın Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir.
Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi hasarlanacaq, parklanma xidməti müvəqqəti olaraq dayandırılacaq. Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumun yuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil ola biləcəklər.
Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-nin qatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq.
Oxşar xəbərlər
Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir"
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri K...