Bakı çimərliklərində vəziyyət necədir? - VİDEOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda çimərlik mövsümü başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən çimərliklərdə sıxlıq müşahidə olunmur.
Bakı sakinlərinin ən çox üz tutduqları məkanlardan biri də Mərdəkan çimərlikləridir. Burada azsaylı da olsa istirahət edənlər var.
Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə oturacaq qoyulub və girişlərdə dezinfeksiyaedici məhlullar yerləşdirilib.
Dəniz sahilində bəzi çalışanlardan başqa, demək olar ki, tibbi maskadan istifadə edən yoxdur. Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları çimərliyə nəzarət edirlər.
İstirahət edənlər çimərlikdən razı olduqlarını bildiriblər. Onlar yay mövsümündə "dənizsiz qala bilməyəcəklərini" deyiblər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...