Bakı bulvarında Azərbaycan gənclərindən nümunəvi addım: Fləşmobdan GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı 33 il" adlı fləşmob həyata keçirilib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, fləşmobda 500 nəfər könüllü iştirak edib.
Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə soyqırımı həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.
Fləşmob zamanı könüllülərin iştirakı ilə "Badam çiçəyi" - "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının simvolu canlandırılıb.
Onlar "Xocalıya ədalət!" şüarını səsləndirərək faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...