Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edilib
10
iyn
2025
19:32
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 14 və 16 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
AZAL Bakı–Maskat reysini açmağı planlaşdırır
"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyi...