Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakının "Dünya İdman Paytaxtı" ("World Capital of Sports") elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak edirlər.
Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının)
nümayəndə heyəti də qatılıb.
Qurumun prezidenti Qian Francesko Lupattelli, baş katib Huqo Alonso, Monako knyazlığının sabiq Təhsil, Gənclər və İdman
naziri Isabelle Kladyo Aline Bonnal da çıxışlar edəcəklər.
Qeyd edək ki, 2025-ci ildə Dünyanın İdman Paytaxtı Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...