Bakıda yüksək səsli mahnı ilə sakinləri narahat edən kafe sahibi cərimələndi

28
apr
2018
12:27
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, kafedə aparılan ölçmə işləri nəticəsində səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.Azər ƏliyevBAKU.WS

Oxşar xəbərlər
Bakıda vətəndaş səs-küy saldığı üçün 2500 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə ba...