Bakıda satılacaq ucuz mənzillər haqqında yeni XƏBƏR

Bakıda satılacaq ucuz mənzillər haqqında yeni XƏBƏR
Sosial 2925

"Sosial evlərlə bağlı ikinci layihə reallaşdırılacaq”. 

BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev deyib. 

O bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın ərazidə 20 hektar torpaq sahəsi seçilib:

"Statistik təhlillər göstərir ki, Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır”.

A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq:

"Belə ki, vətəndaş öz hesabı ilə nağd şəkildə birdəfəlik ödəniş edərək mənzil əldə edə biləcək. Bununla yanaşı, vətəndaşa İpoteka Fondunun vəsaiti hesabına 30 illik kredit götürərək ödəniş etmək imkanı yaradılacaq. 

Həmçinin vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb”.

Xatırladaq ki, Yasamal rayonundakı kompleksdə 2000 mənzil, Hövsanda isə 3000 mənzilin tikiləcəyi gözlənilir. 35 yaşına qədər gənc ailələr agentliyə müraciət edərək sosial evlərdən yararlana bilərlər. 

BAKU.WS

Son xəbərlər