Bakıda qeyri-adi qazıntının görünməyən tərəfləri – FOTO

Bakıda qeyri-adi qazıntının görünməyən tərəfləri – FOTO
Sosial 2882
“Azəriqaz” İstehsalat Birliyi Dilarə Əliyeva küçəsində qazıntı işlərinə başlayıb. Şəhər yollarında tez-tez rastlaşdığımız bu mənzərə də ilk baxışdan adi görsənə bilər. Lakin işin qeyri-adi tərəfləri də var.Çünki bu cür işlərə başlamazdan əvvəl əhaliyə xəbərdarlıq edilməlidir. Eyni zamanda şəhər nəqliyyatına cavabdehlik daşıyan dövlət qurumundan icazə alınmalıdır. Onuncu edilməli olan məsələ dövlət başçısının müvafiq fərmanları ilə də təsdiqini tapan tələb sırasındadır.Bu məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, “Azəriqaz” İstehsalat Birliyindən Bakı Nəqliyyat Agentliyinə hər hansı bir müraciət daxil olmayıb.“Demək “Azəriqaz” İstehsalat Birliyi dövlət başçısının imzaladığı fərmanların tələbinə əməl etməkdən boyun qaçırır. Digər bir məqam icazəsiz aparılan qazıntı işləri nəticəsində bir neçə ay bundan əvvəl fiziki imkanları məhdud insanların rahatlığı üçün dövlət büdcəsi hesabına quraşdırılan panduslar da yarasız hala salınıb.Azəriqaz İB-nin rəhbərliyinə isə qısa xatırlatmaq edirik ki, növbəti dəfə belə hallara yol verməsinlər. Bakı Nəqliyyat Agentliyinin dövlət başçısının 2 aprel 2018 tarixli fərmanı ilə təsdiq edilmiş nizamnaməsinə əsasən yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına razılıq verir məhz bu qurum tərəfindən verilir.Dövlət başçısının eyni tarixdə imzaladığı Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanın 10-cu bəndində də açıq şəkildə göstərilir ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat versinlər.Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının yekunlarına həsr edilən iclasında isə dövlət başçısı İlham Əliyev də qəti şəkildə bildirdi ki, “Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir”.BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakının bu ərazilərində qaz olmayacaq - SİYAHI

Sabah Bakının bu ərazilərində qaz olmayacaq - SİYAHI

Sabah Xətai rayonunun əksər ərazilərində qaz olmayacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 18-də tarixdə saat 09:00-dan Xə...

3888 Sosial 19:18 17 iyul 2018

Son xəbərlər