Bakıda şortik geyinən qızlara münasibət necədir: "Bacıma, sevgilimə icazə vermərəm"
Hər yayın məşhur mövzularından biri - şortik geyənlərə fərqli münasibət yenə də gündəmdədir.
BAKU.WS-in məlumatına görə, təkcə şortik geyinən oğlanlar yox, qızlar da müzakirə mövzusudur. Hətta sosial şəbəkələrdə də bu mövzuda statuslar yazılır.
United Colors of Azerbaijan səhifəsi "Şortik geyinən qızlara münasibətiniz necədir?” sorğusu keçirdib.
Sorğuya yüzlərlə insan reaksiya bildirib. Elvin adlı şəxs bildirib ki, sevgilisinin şortik geyinməyə icazə vermədiyini deyib:
"Belə heç nə deyə bilmərəm öz işidi. Camaatın nə geyinib-geyinməyəcəyi nə mənə, nə də başqasına qalmayıb. Mənim necə baxmağımın da heç bir dəxli yoxdu. Nə də ki, o məlum damğanı vuran tiplərdən deyiləm. Amma nə bacıma, nə də sevgilimə qoymaram çöldə mini şortik geyinsin”
İstifadəçi İradə Quliyeva isə insanların digərlərin geyiminə qarışmağını pisləyib.
Bir neçə xanımın fikrincə isə artıq çəkidə olanlar şortik geyinməməlidir.
İman
BAKU.WS
Oxşar xəbərlər
Bakının “bərkgedən” restoranından - Şok qadağa
Novxanıda "Amore” restoranı müştərilərə şortik geyinməyi qadağan edib. "Qafqazinfo" xəbər verir ki, sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirə...