Rəqsanə: “Şortik geyinmək eyibdirsə...”
18
iyl
2016
14:25
Müğənni Rəqsanə İsmayılova uzun qaynaq saçlarını qısaldıb. BAKU.WS xəbər verir ki, ifaçı "İnstagarm” bloqunda paylaşdığı fotolarında "saçlarım getdi” - qeydini yazıb. R.İsmayılova eyni zamanda, qısa şort geyindiyi üçün fotolarda ünvanına yazılan təhqirlərə də cavab verib. "Düşündüm, "İnstagram”da bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin" – deyə müğənni yazıb. BAKU.WS
Oxşar xəbərlər
Pərvin Abıyeva: “Göbəyiaçıq da geyinə bilərəm, şort da”
Aktrisa Pərvin Abıyeva əsəbləşib. BAKU.WS xəbər verir ki o, "İnstagram” bloqunda paylaşdığı videosunda geyimlərinə qarşı çıxanların, hətta buna görə onun ünvan...