Bakıda ilk dəfə “Yelkən Festivalı” keçirilir
Bu gündən Bakıda ilk dəfə olaraq "Yelkən Festivalı”na start verilir.
BAKU.WS xəbər verir ki, tədbir Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkilatçılığı iləreallaşır. Festivalın keçirilməsində əsas məqsəd gənc nəsil arasında yelkənli idmanı tanıtmaq və inkişaf etdirməkdir.
"Yelkən Festivalı" çərçəvəsində qonaqları əyləncəli viktorinalar, maraqlı oyunlar, musiqili proqram və hədiyyə qazanmaq şansı gözləyir.
Eyni zamanda, 7-14 yaşlı uşaqlar üçün "Yelkən İdmanı üzrə Yay Məktəbi - 2016” proqramının növbəti dövrləri üçün də qeydiyyat aparılacaq.
Festivalın açılış günü Azərbaycan Yelkənli İdman Federasiyası haqqında lentə alınmış sənədli filmin təqdimat mərasimi ilə yadda qalacaq. Belə ki, təqdimat mərasimi Park Bulvar AVM-də yerləşən "Park Cinema"da baş tutacaq.
Qeyd edək ki, Festival 3 gün davam edəcək və hər gün saat 15:00-dan etibarən iştirakçıların üzünə açıq olacaq.
Festivalın tarixi: 29-30-31 iyul, 2016-cı il
Məkan: "Park Bulvar" AVM, 1-ci mərtəbə
BAKU.WS
Oxşar xəbərlər
Şəkidə keçirilən III Beynəlxalq şirniyyat festivalı başa çatdı (FOTO)
Şəkidə növbəti III Beynəlxalq şirniyyat festivalı keçirilib. BAKU.WS xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Azərbaycan M...