Bakıda “Galendewagen”lə yarışan avtomobilin sürücüsü həbs olunub - FOTO
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl "Galendewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.
"Report”un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, "Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun qardaşının Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.
Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Oxşar xəbərlər
Bakıda lüks avtomobil İTV-nin maşınına çırpıldı - Yaralının ayağını kəsdilər
Dünən səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində - Məmməd Araz küçəsində yerləşən "Ramada" otelin qarşısında lüks idman avtomobilinin İTV-nin xidməti...