Bakıda bərbərdən qeyri-adi iş: gözübağlı saç kəsir (VİDEO)
25
noy
2017
09:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu saç ustasını bir çoxlarından fərqləndirən bacarığı gözləri bağlı şəkildə müştərinin saçını kəsməsidir. Usta, bu işə cəmi 10 dəqiqə vaxt sərf edir. Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. 20 ildir bərbərlik edən Bəhruz Mahmudov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb. O, həmkarlarından fərqli olaraq gözlərini bağlayıb saç kəsmək qərarına gəlib. Bunun üçün o, bir neçə müştərisinin saçının üzərində aylarla məşq edib. Sonda isə arzuladğı işi yerinə yetirə bilib. Biz də onun bu qabiliyyətini sınağa çəkdik və gözlərini bir parça ilə bağladıq. Gözübağlı usta işə başladı. Bəhruzun sözlərinə görə, gözləri bağlı olsa da, saçı hiss edərək kəsir. Müştəriləri onun bu bacarığını maraqla qarşılasalar da, bir çoxları gözübağlı bərbərə saç kəsdirməyə risk etmirlər. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsində yarım milyard manatlıq kəsir yaranıb
Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 788,8 mln. manat, xərcləri 11 327,5 mln. manat təşkil edib.BAKU.WS-in “Report”a istinadla məlumat...