Bakıda böyük tıxacın səbəbi bilindi
16
fev
2018
10:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Neyrocərrahiyyə Xəstəxanasından "Nargilə" kafesinin qarşısına gedən yolda dəhşətli tıxacın səbəbi diqqət çəkib. BAKU.WS-in məlumatına görə, həmin ərazidə hövsələsizlik edən sürücülər də tıxacdan çıxmaq üçün təhlükəli manevrlərə can atır, əməlli-başlı qəza şəraiti və əsəb gərginliyi yaradırdılar. Yol hərəkəti qaydalarına məhəl qoymayan bir sürücü öz "Mersedes"ini sözügedən yolun əks istiqamətində ədəbi kamalla park edib gedib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Əmrah Fəqanoğlu sosial şəbəkədə paylaşıb. Nəqliyyat vasitəsinin qarşısına stop işarəsinin qoyulmasından hiss olunurdu ki, o burada xeyli vaxtdır ki, dayanıb. Avtomobilin yanından ötən DYP patrul maşınları isə nədənsə bu boyda tıxacın və əsəb gərginliyinin səbəbkarına əhəmiyyət vermir, onun cərimə duracağına aparılmasını təşkil etmirdilər. Qeyd edək ki, həmin yolayrıcında bir neçə müşahidə kamerası quraşdırılıb. TuncayBAKU.WS
Oxşar xəbərlər
Sumqayıtdan gələnlər Bakının girişində qalıb
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.Bu barədə BAKU.WS-ə tıxacda qalan sürücülər məlumat veriblər.Məlumata görə, Bakı istiqamətində yaranan tıxac "Riyad" t...