Bakıda bir nəfərin işığa 825 manat borcu yığılıb - “WhatsApp”da kampaniya başladı FOTO
31
may
2018
15:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaşayan bir qadının evinə 825 manatdan çox işıq pulu gəlib.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, borc Bakı şəhəri, Sabunçu rayonu, Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan Yeganə Nadirovanın aıdna qeydiyyatda olan sayğaca yazılıb.Əslən Şuşadan olan ailə bu borcu ödəyə bilmədiyi üçün borcun qəbzi “WhatsApp” vasitəsilə yayılıb və imkanlı şəxslərdən yardım istənilib.
BAKU.WS olaraq məsələni araşdırmaq qərarına gəldik. Araşdırmalar zamanı məlum oldu ki, həmin borcdan 283 manat ödənilib. Hazırda həmin ailənin borcu 542 manatdan çoxdur.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu sayğac göstəricisidir və qeyd edilən borc ödənilməlidir.“Sayğac 2015-ci ilin 21 yanvarında quraşdırılıb. Həmin abonentə 1341 manat borc yazılıb. Borcun cəmi 945 manatı ödənilib. Abonentə dəfələrlə xəbərdarlıq edilib. May ayının 30-da 4 dəfə ödəniş edib”, - deyə T.Mustafayev bildirib.Qurum rəsmisi deyir ki, həmin ailə məcburi köçkünlərə verilən limitdən artıq elektrik enerjisi istifadə ediblər:“Məcburi köçkünlərə güzəştlər edilir. Onlara limit verilir. İstifadəçi limitdən artıq enerji istifadə edir. Elə ay olub ki, bir ay ərzində 51-52 manatlıq enerji istifadə edilib. Bu abonentin debütor borcudur. Belə istifadəçilərə xəbərdarlıq edilir. Onlara vaxt verilir və bu zaman ərzində borc ödənilməsə həmin abonentə verilən elektrik enerjisi dayandırılacaq”.T.Mustafayev deyir ki, belə abonentlərin sayı ötən illərə nisbətən azalıb:“Borcu bu məbləğə yüksələn abonentlər çox deyil. Bakı şəhərində ödəmələr 97 faiz arasındadır. Regionlarda isə döəmələr 85 faiz arasındadır. Digərlərinə isə xəbərdarlıq edilir və onlarla mütəmadi olaraq danışıqlar aparılır.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Borcunu ödəməyənlərə görə bütün binaların işığı niyə kəsilir? - RƏSMİ AÇIQLAMA
Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 16 mərtəbəli (Müasir Tikinti Şirkəti) binanın hər blokuna sakinlərə ünvanlanmış elan vurulub. BAKU.WS-in məlumatın...