Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi
Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib.
Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarısı müəyyən edilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bəzi sərnişinləri havayı daşıyacaqlar - SXEM
"Azərsu" ASC-nin Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni Yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə...