Bakıda 100-lərlə insan küçədə qaldı - (FOTO)

Bakıda 100-lərlə insan küçədə qaldı - (FOTO)
Sosial 2643
 

Bu gün səhər "Bakı kart" və "Milli ön" 100-lərlə insanı piyada qoyub.

BAKU.WS milli.az-a istinadən xəbər verir ki, "Şamaxinka" kimi tanınan ərazidən "20 yanvar" metro stansiyasına kimi dayanacaqlarda quraşdırılan "Bakı kart" terminalları işləməyib.

Ərazidə adıçəkilən terminallarla yanaşı "Milli ön" ödəmə terminalları da var, ancaq onlar da yararsız vəziyyətdədirlər. 

Sakinlər bildirirlər ki, bu problem artıq bir neçə gündür davam edir. Onların söylədiklərinə görə, terminallar səhər saatlarında, demək olar, işləmir, ancaq günün ikinci yarısından sonra işə salınır. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev BAKU-WS-ə bildirib ki, məsələ ilə bağlı əraziyə baxış keçiriləcək. O, əlavə edib ki, texniki problem varsa aradan qaldırılacaq. 

BAKU.WS

 

Bakıda 100-lərlə insan küçədə qaldı - (FOTO)

Bakıda 100-lərlə insan küçədə qaldı - (FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqə...

1592 Sosial 11:44 12 iyun 2017

Son xəbərlər