Bakı avtobuslarının səriştəsiz və kobud sürücüləri (VİDEO)
Bakıda sərnişin avtobuslarının idarə edilməsi cavan və təcrübəsiz insanlara həvalə edilir. Bu barədə BAKU.WS-in redaksiyasına şikayət daxil olub. Şikayət Biləcəri qəsəbəsində işləyən 92 saylı avtobus xəttindəndir. Şikayətdə bildirilir ki, səhər saatlarında 92 saylı avtobusu çox vaxt 19-20 yaşlı insanalr sürürlər. Onlar həm avtobusu necə gəldi idarə edirlər, həm də sərnişinlərlə çox kobud rəftar edir. Şikayətçi həmçinin bildirib ki, 92 saylı avtobuslar gec-gec işləyirlər. Bu səbəbdən də, sərnişinlər avtobusların qapılarından sallanırlar. Şikayətlə bərabər redaksiyaya video görüntü də göndərilir. Məsələni araşdırma üçün 92 saylı xəttə avtobusunun tabe olduğu "Üç qardaş” şirkətinin rəhbəri Hacı Mübarizlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, onların avtobuslarında kateqoriyalı sürücülər işləyir: "Bizim sürücülərin hamısı orta yaşlı və kateqoryası olan təcrübəli sürücülərdir. Avtobuslar da vaxtı-vaxtında işləyir. Sürücülərlə daimi söhbətlər aparılır. Onlara tapşırılır ki, maksimum səviyyədə sərnişinlərlə xoş rəftar eləsinlər”. BAKU.WS redaksiyaya gələn videonu təqdim edir: Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərnişinlərə şad xəbər: 88 saylı marşrutun xətti bərpa edildi
Bakıda 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 88 saylı ma...