Bağçadakı görüntülərə görə tərbiyəçilər DİNDİRİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran şəhər 1 saylı uşaq bağçasında körpələrə verilən qidaların keyfiyyətsiz olmasını əks etdirən görüntülər Təhsil Nazirliyi tərəfindən araşdırılır.
BAKU.WS xəbər verir ki, bunu modern.az-a açıqlamasında barəsində ittihamlar səsləndirilən bağçanın müdiri Lalə Qədəşova bildirib.
Onun sözlərinə görə, Xaçmaz Regional Təhsil idarəsinin əməkdaşları bağçaya gəliblər:
"Hazırda tərbiyəçilər dindirilir və onlardan izahatlar alınır. Mən kənardayam. Araşdırmaların nəticələrini gözləyirik. Bütün ittihamlar qarşısında susdum və bunu yalnız ailəmə bildirdim, hələ vaxtım olmayıb, fikrim var ki, bununla bağlı polisə də şikayət edim".
Qeyd edək ki, Lalə Qədəşova ötən gün saytımıza açıqlamasında bağçada lentə alınan görüntülərin tərbiyəçilər tərəfindən qəsdən gündəmə gətirildiyini söyləmişdi.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...