Azyaşlılardan müraciət: Sevdiklərinizi qorumaq üçün evdə qalın - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda karantin şəraiti hər kəsi evdə qalmağa məcbur edir. "Evdə qalın” həştəqi ilə sosial mediada hər gün bir-birindən maraqlı görüntülər ortaya çıxarır.
BAKU.WS xəbər verir ki, belə sosial aksiyalardan birinə Şəki şəhər, R. Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin 1A sinif şagirdləri imza atıblar.
Müəllim Kəmalə Şərifovanın rəhbərliyi ilə hazırlanan sosial çarxda azyaşlılar insanları məsafəni qorumağa, sağlamlığa diqqət yetirməyə, əlləri tez-tez yumağa və doğmaları qorumağa çağırıblar.
Qeyd edək ki, evdə qal çağırışına əməl etmək insanlar arasında koronavirusa yoluxma riskini azaldır.
Oxşar xəbərlər
“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə müraciət
Bakı metrosundan istifadə edənlərin sayı əvvəlki günlərə nisbətən azalıb. BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbua...