AzTV-dən 50-dən çox əməkdaşda koronavirusun aşkarlanması xəbəri ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
AzTV 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Kanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Qafqazinfo-ya məsələ ilə bağlı açıqlamasında məlumatı təkzib edib:
“50-dən çox əməkdaşımızda koronavirusa yoluxma halının qeydə alınması ilə bağlı yayılmış məlumat düzgün deyil. Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimovanın yoluxması ilə bağlı məlumat mediada bir müddət öncə işıqlandırılmışdı. Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır.
Ancaq sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı yayılmış xəbər doğru deyil”.
Qeyd edək ki, Yenicag.az “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaşın koronavirusa yoluxması barədə məlumat yayıb. Saytda qeyd edilib ki, yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...