Azərsu" "The Daily Mail"in cavabını verdi

Azərsu The Daily Mailin cavabını verdi
Sosial 1089
 

"Azərsu" Böyük Britaniyanın "The Daily Mail" nəşrinin "Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə cavab verib. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır.

"Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və "Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımdası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.

Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib.

Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər".

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda əhaliyə verilən su təhlükəlidir

Azərbaycanda əhaliyə verilən su təhlükəlidir

Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir. BAKU.WS "APA"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily...

1117 Sosial 14:48 13 iyul 2016

Son xəbərlər