"Azərişıq"da kadr dəyişiklikləri: 3 rəis işdən çıxarıldı
25
fev
2019
15:20
"Azərişıq" ASC-də kadr dəyişiklikləri baş verib. BAKU.WS Trend-ə istinadən bildirir ki, qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımov tutduğu vəzifədən azad edilib.N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimovtəyin edilib. Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.Bundan əlavə, "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib."Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a hər iki təyinatı təsdiq edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın 4 rayonuna yeni polis rəisləri təyin edilib - SİYAHI
Daxili işlər orqanlarında yeni təyinatlar olub.BAKU.WS-in "Report"a istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov...