Sabah bu qəsəbədə işıq olmayacaq

24
yan
2019
20:18
Sabah saat 11:00-dan 14:30-a qədər Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, fasiləyə səbəb Bakı regionunun Bağlar Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik enerjisinin dayanıqlığı məqsədi ilə 110/35/10 kV-luq “Zabrat” yarımstansiyasından çıxan Məhəmmədi 1-2 EVX-lərinin əlaqələndirilməsidir. “Azərişıq” yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.BAKU.WS

Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.BAKU.WS xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.Verilən məlumata görə, Bağlar ETSİ-ni...