Azərbaycanın tanınmış jurnalisti namaz qılanları şizofrenik adlandırdı (FOTO)
Tez-tez din və dindarlar əleyhinə yazdığı statuslar və ilahiyyatçılarla müzakirələri ilə gündəmə gələn jurnalist Vüsal Məmmədov yenidən oxşar mövzuda status yazmaqla inanclı şəxslərin hədəfinə çevrilib.
BAKU.WS-in məlumatına görə, jurnalist yazdığı statusda namaz ibadətindəki bir ritualı şizofreniya əlaməti adlandırıb.
"Namaz qılanlar bilirlər: lap axırda çiynində oturan mələklərə salam verməlisən. Təsəvvür elə: yekə bir bir adam oturub, gözucu sağ və sol çiyinlərinə baxaraq, oradakı mələklərlə salamlaşır. Yəni ciddi şəkildə inanır ki, çiynində mələk oturub! Bu, artıq, cəhalət də deyil, bunun adı şizofreniyadır. Elmi dildə buna "Reallıqda mövcud olmayan zoomorfik canlılarla xəyali ünsiyyət şəklində hallüsinasiya" deyirlər. Mənə inanmayan varsa, psixiatrlardan soruşun, sizə izah edər”.
AzVision saytının baş redaktorunu yazdığı statuslara görə dostları tənqid ateşinə tutub. Daha sonra jurnalist dindar dostlarının xətrinə dəymək istəmədiyini yazıb.
İman
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı iş adamı azərbaycan dilini "yaltaqlıq dili" adlandırdı (FOTO)
Facebook sosial şəbəkəsində yazılan bir status rus dili, rusdilli təhsil mövzusunu yenidən gündəmə gətirib. BAKU.WS-in məlumatına görə, sosial şəbəkənin aktiv...