Azərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişdi
14
iyn
2017
09:23
Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından BAKU.WS-ə verilən məlumata görə, Rauf Əliyevin yas məclisi bu gün saat 12:00-da Təzə Pir məscidində olacaq. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.
Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
Rauf Əliyev 90-a yaxın - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO
Uzun illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmış, əməkdar mədəniyyət işçisi Rimma Abdullayeva vəfat edib. Bu haqda "Azərbaycanfilm" k...