Azərbaycanın ən yaşlı tələbəsi - 50 yaşlı əlaçı - VİDEO
18
apr
2019
00:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Öyrənmək üçün heç vaxt gec deyil. 50 yaşli Əfsəl Qaziyev bunu sübut edir. O, ən yaşlı tələbə olmaqla yanaşı, eyni zamanda ən yüksək təqaüdü alır.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ali təhsil arzusundan heç vaxt vaz keçməyən Əfsəl Qazıyev bu arzusuna 49 yaşında çatıb.O, bu əzmini elə təhsilində də davam etdirir. Yaşlı tələbə əlaçıdır. O, həm də Azərbaycanda ən yüksək təqaüd alan tələbəldir. Onun 3 göstərici üzrə aldığı təqaüdlərin cəmi 430 manat edir.Bu yaşda ali təhsil almaq onun üçün müəyyən çətinliklər yaratsa da, məqsədinin ardınca getmək əzmi hər şeyi üstələyir.Hazırda onun 4 övladı var. Onlardan biri də tələbədir. Oğullarından biri isə hərbi xidmətdən qayıdandan sonra universitetə hazırlaşacaq.BAKU.WS
Oxşar xəbərlər
22 yaşlı tələbə qız buraxılış imtahanına həftələr qalmış faciəli şəkildə öldü - FOTO
Nyu-York şəhərində 22 yaşlı tələbə faciəli şəkildə ölüb. BAKU.WS New York Post-a istinadən xəbər verir ki, Sidni Monfris buraxılışa bir neçə həftə qalmış xatirə...