Azərbaycanda yeni çəkilmiş yol görün nə hala düşdü - FOTO
25
mar
2019
17:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlıda yeni çəkilmiş avtomobil yolunda torpaq sürüşməsi qeydə alınıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi avtomobil yolundan çökmələrə səbəb olub.Sürücülərin sözlərinə görə, əvəllər kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur.Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi bir metr enində qısalıb. Bu da avtomobillərin hər iki istiqamətdə hərkətini çətinləşdirir. "Yardımlının Çanaqbulaq kəndi ilə yanaşı, yolun Ərsilə və Arus kəndlərindən keçən hissələrində də sürüşmə aktivləşib", - sürücü Qaçay Məmmədov narahatlığını dilə gətirib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək.BAKU.WS




Oxşar xəbərlər
Bu yollarda yeni çatlar yarandı, uçqunlar oldu - SİYAHI
Azərbaycanda bəzi ərazilərdə yeni sürüşmə sahələri yaranıb, bir çox yollarda isə sürüşmə prosesi aktivləşməklə yanaşı, yeni uçqun prosesləri də baş verib.Ekolog...