Azərbaycanda ucuz qiymətə avtomobillər - "Land Cruiser" 9500 AZN, Nissan Sunny 2000 AZN (SİYAHI)

19
sen
2017
14:12
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.BAKU.WS-in məlumatına görə, 26 sentyabr 2017-ci il tarixdə hərraca 11 nəqliyyat vasitəsi çıxarılacaq. Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)ŞahinBAKU.WS
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti(manatla) | 10% beh(manatla) |
1. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | KAMAZ-53212 | 1986 | 5000 | 500 |
2. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | KAMAZ-55111 | 1989 | 5200 | 520 |
3. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | KAMAZ-55111 | 1989 | 5200 | 520 |
4. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | KAMAZ-55111 | 1989 | 5200 | 520 |
5. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | MAZ-55111 | 1987 | 3300 | 330 |
6. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | Moskvich İJ-2715 | 1987 | 500 | 50 |
7. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi | UAZ-3303 | 1988 | 600 | 60 |
8. | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti | Nissan Maxima | 2002 | 3500 | 350 |
9. | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti | Nissan Sunny | 2001 | 2000 | 200 |
10. | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti | Toyota Land Cruiser GX | 2001 | 9500 | 950 |
11. | Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti | QAZ-3201 | 1983 | 600 | 60 |
Oxşar xəbərlər
Bakıda maşınlar ucuz qiymətlə satışa çıxarılır – SİYAHI
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 25-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün nazirlik və komitələrin balansında olan...
