Azərbaycanda uşaqlara daha çox hansı adların qoyulduğu açıqlandı (SİYAHI)
Bu ilin 10 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox qoyulan adların ilk onluğunda Yusif (2698), Hüseyin (1808), Əli (1746), Ömər (1378), Məhəmməd (1126), Zəhra (2338), Nuray (1742), Fatimə (1512), Zeynəb (1446) və Aylin (1341) adları gəlir.
Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən "Report”a verilən məlumata görə, siyahıda ilk iyirmilikdə Tunar (1051), Murad (1051), Ayxan (972), Uğur (970), İbrahim (737), Məryəm (1245), Ayan (1100), Mələk (1070), Mədinə (865), Dəniz (885) adları da yer alıb.
Bundan başqa, bu il uşaqlara verilən adlar arasında Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, Fərid, İsmayıl, Ramal, Gülay, Xədicə, Səma, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu kimi adlar da üstünlük təşkil edib.
Ümumiyyətlə, qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 6 nəfərə Rihanna adı qoyulub
Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır. Report-un Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, əcnəbi adlar daha çox qız uşaqlarına...