Azərbaycanda pul dəfinəsi tapıldı (FOTO)

Azərbaycanda pul dəfinəsi tapıldı (FOTO)
Sosial 1602

 

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı orta əsrlərə (XII-XIII əsrlər) aid yaşayış yerindən pul dəfinəsi tapılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, dəfinə rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilib.

Bu tapıntılar qədim yaşayış yerində aparılmış torpaq işləri zamanı aşkar olunub. Pul dəfinəsi təsərrüfat küpünün içərisində çoxlu sayda mis sikkələrdən ibarət olub: "Təəsüflər olsun ki, torpaq işləri zamanı bu sikkələrin əksəriyyəti dağıdılıb, itib. Dəfinədən əldə olunan 273 ədəd mis sikkələr isə tədqiq olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilib. Mis dirhəm və fəlslərdən ibarət olan bu sikkələr Azərbaycan Atabəy Eldəgizlər dövrünə (XII əsr) aid olub, numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq edilib. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrdən oxumaq olur ki, qədim mis pullar İraq Səlcuq sultanı Sultan Arslan şahın (1161-1176) adından kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin (1160-1170) adı həkk edilib. Digər tərəfində Qurani Kərimin "Tövbə” surəsinin 33-cü ayəsindən verilib”.

Xatırladaq ki, mis sikkələrin tədavülü gümüş böhranı ilə əlaqədar olub. Azərbaycan ərazisində bu böhran XI əsrin birinci yarısından - XIII əsrin birinci yarısına qədər davam edib. Belə ki, gümüş çatışmazlığı yarandığına görə ölkə zərbxanalarında tədavül üçün çoxlu mis pullar kəsilirdi və bu sikkələrin üzərində "dirhəm” və ya "sim” sözləri həkk edilirdi. Gümüş böhranının yaranmasının başlıca səbəbi isə bu ağ metaldan olan dirhəmlərin intensiv şəkildə Şimal və Şərqi Avropa ilə ticarət dövriyyəsinə daxil olması və bu metal pulun geri qayıtmaması olub.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu yay tempratur 46 dərəcəni ötəcək

Azərbaycanda bu yay tempratur 46 dərəcəni ötəcək

Aparılan müşahidələrin nəticələrinə əsasən, Azərbaycanda indiyədək havanın mütləq maksimum temperaturu 46 dərəcə olub. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Aka...

1803 Şou-biznes 10:26 22 may 2016

Son xəbərlər