Azərbaycanda görünməmiş YENİLİK: Rayonlar birləşir...

Azərbaycanda görünməmiş YENİLİK: Rayonlar birləşir...
Sosial 9651

Azərbaycanda xarici investisiyaların cəlb olunması üçün regionlarda idarəetmədə sahəsində ciddi islahatların aparılacağı ilə bağlı xəbərlər yayılıb. Rayonları özündə birləşdirən vilayətlərin yaradılacağı deyilir. İslahatlara səbəb kimi də ölkə prezidentinin icra başçılarına investorları cəlb etməklə bağlı tapşırığının icrasında hələ ki irəliləyiş olmamasıdır.

BAKU.WS musavat-a istinadən bildirir ki, icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, ölkədə 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla, 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla, 15 regional ərazi vahidi olacaq.

"Vilayətlərin yaradılmasında bir məqsəd də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq", - deyə mənbə bildirib.

Ekspertlər gözlənilən dəyişikliklərin həm müsbət, həm də mənfi nəticələrinin ola biləcəyini vurğulayırlar. Bu yolla büdcə xərclərinin azalacağı bildirilir. Amma eyni zamanda işsizlik probleminin daha da artacağı qeyd olunur.

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çoxdan belə müzakirələrin getdiyini söylədi: "Hakimiyyət dairələrində də bu cür söhbətlər gedir. Azərbaycanda bu idarəetmə sahəsində çox ciddi qüsurlar var. Kiçik əhalisi olan yerlər var ki, rayon statusu qazanıblar. Məsələn, 10-15 min əhali yaşayır, amma rayon statusu alıb. Bu yerlərə də büdcə vəsaitləri xərclənir. Büdcə vəsaitlərinə qənaət etmək, idarəetməni təkmilləşdirmək üçün bu islahatlara ehtiyac ola bilər. Məsələn, Azərbaycanın 9 iqtisadi zonasını elan etdilər və buna da uyğun olaraq, "Regionların iqtisadi-inkişaf proqramı" qəbul edildi. Bütün bunlar idarəetmə strukturunun dəyişdirilməsi prosesidir.

Bunlar mütəmadi olaraq Azərbaycanda həyata keçirilir. Bu baxımdan, belə təkliflərin olması istisna deyil. Bunun nə qədər real olub-olmaması dövlət başçısının səlahiyyətində olan məsələdir. Son sözü o deyəcək. Ola bilər ki, idarəetmə strukturunu təkmilləşdirmək üçün belə addım atılsın, struktur dəyişikliyi aparılsın. Dövlət büdcəsinə qənaət üçün də müəyyən ixtisarlar baş verə bilər. İdarəetməni daha çevik şəkildə aparmaq üçün bu cür də addımlar atıla bilər. Elə yerlər var ki, rayon kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. İqtisadi vəziyyəti tələb edir ki, digər rayonla birləşsin. Bütün bunların faydalılıq əmsalı yoxlanılmalıdır. Bu proseslər birdən-birə aparılmır. Elə bir dəyişiklik olmalıdır ki, insanların həyat tərzinə, yaşayışlarına müsbət təsir göstərsin. Daha çevik idarəetmə mexanizmi olmalıdır ki, orada problem yaranmasın. Dəyişikliyin inanmıram ki, mənfi tərəfi olsun. Amma struktur dəyişikliyi olanda, əlbəttə, müəyyən ixtisarlar olur. Ciddi problemlərin olacağına inanmıram". 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda icra hakimiyyətləri ləğv olunur?

Azərbaycanda icra hakimiyyətləri ləğv olunur?

"Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil". Bunu Trend-ə Milli Məclisin...

2526 Siyasət 13:30 23 sentyabr 2016

Son xəbərlər