Buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
Komissiyadan BAKU.WS-ə verilən məlumata görə, bölgələrdə ilk buraxılış imtahanı iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən rayon və şəhərlərinin məzunları üçün keçiriləcək.
Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər,Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin və C.Naxçıvanski adına Hərbi Liseyin məzunları üçün buraxılış imtahanı iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı iyulun 5-də təşkil olunacaq.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) qeyd edilən qrafikə uyğun olan gündə verəcəklər.
BAKU.WS
Oxşar xəbərlər
Mədəniyyət və Turizm Nazirliyinin şöbələri ləğv olundu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imza...