Azərbaycanda bu sahədə cərimələr 10 dəfə artırıldı

Azərbaycanda bu sahədə cərimələr 10 dəfə artırıldı
Sosial 1164

Azərbaycanda ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilir.

Yeni dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə görə, hakimlər bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmağa görə 5000 manatdan 8000 manatadək miqdarda cərimələnəcək və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər