Azərbaycanda “Qapını döymədən” evə girənlər 2000 manat cərimə olunacaq

Azərbaycanda “Qapını döymədən” evə girənlər 2000 manat cərimə olunacaq
Sosial 8518

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır.

Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir.

Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

BAKU.WS

Oxşar xəbərlər

Bu tibb işçilərinin cərimələri artırılır - 1500 manat

Bu tibb işçilərinin cərimələri artırılır - 1500 manat

Azərbaycanda xəstəyə kömək göstərməyən tibb işçiləri üçün, eyni zamanda həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan, özünü qoruya bilməyən şəxsi bilə-bilə köm...

1501 Sosial 22:54 24 aprel 2017

Son xəbərlər