Azərbaycana gətirilən maşınların rüsumu artdı - VİDEO
02
yan
2018
09:17
Ölkəyə idxal edilən avtomobillərə yeni gömrük rüsumları tətbiq edilməyə başlayır. Diqqətçəkən məqam ondan ibarətdir, yeni rüsumlar mühərriki 1500 kubsantimetrə qədər olan avtomobillərə şamil edilməyəcək. Digər avtomobillərin idxalı zamanı yeni rüsumlar nəzərdə tutulub. Bu da qiymətlərə təsir göstərəcək.Bugündən etibarən ölkəyə idxal edilən avtomobillərə yeni gömrük rüsumları tətbiq ediləcək. Nazirlər Kabinetinin qərarına əsasən mühərrikinin həcmi 1500 kubsantimetrdən çox olan yeni avtomobillərə hər kubsantimetrə görə 0.7 dollar gömrük rüsumu tətbiq ediləcək. Yeni gömrük rüsumları tətbiq edildiyindən qiymətlərdə müəyyən qədər bahalaşmanın olacağı proqnozlaşdırırlır. Çünki belə avtomobillərin idxal xərcləri çoxalmış olur. Qaydalara əsasən mühərrikinin həcmi 1500 kubsantimetrdən çox istifadə edilmiş avtomobillərə hər kubsantimetrə görə 1.2 dollar gömrük rüsumu tətbiq ediləcək. Yəni işlənmiş avtomobillərin qiyməti daha çox artacaq. Qaydalara görə mühərrikinin həcmi 1500 kub santimetrə qədər olan avtomobillərin idxalı köhnə qaydalarla həyata keçiriləcək. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə kiçik mühərrikli avtomobillərə rüsumların tətbiq edilməməsinin səbəbləri var. Avtomobil bazarında real dəyişikliklərin nə zaman olacağını isə zaman göstərəcək. BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: avtomobillər bahalaşacaq – VİDEO
Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən artırılacaq. Amma bu bütün avtomobillərə şamil edilmir.M...