Sürücülərin nəzərinə: avtomobillər bahalaşacaq – VİDEO
15
dek
2017
14:26
Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən artırılacaq. Amma bu bütün avtomobillərə şamil edilmir.Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında maraqlı sujet yayımlanıb.İqtisadçı Vüqar Bayramlının sözlərinə görə, bu kiçik mühərrikli avtomobillərə deyil, böyük mühərrikli avtomobillərə aid olacaq:Amma bu bazardır. Qiymətlər bir-birinə bağlıdır. Böyük mühərrikli avtomobillərdəki bahalaşma, kiçik mühərrikli avtomobilləri də öz gününə sala bilər.Xərc artırsa, qiymət də ona uyğun artır. Xərci böyük olmayanlar var. Məsələn böyük mühərrikli avtomobil bir neçə ildir ki, alınıb, artan gömrük rüsumu həmin avtomobilə aid deyil. Amma, bu zaman da vəziyyət dəyişəcək.Vəziyyət budur, bir istiqamətdə bahalaşma digər tərəfdə də özünü göstərəcək. Çalışaq ki, belə olmasın. Çünki Avropa ölkələrində də böyük mühərriki olan avtomobilləri varlı təbəqə alır deyə onlara rüsumlar çoxdur. Amma bu kasıb təbəqənin istifadə etdiyi kiçik həcmli mühərrikli avtomobillərin qiymətlərinə təsir etmir.BAKU.WS
Oxşar xəbərlər
Bu avtomobillərin gömrük rüsumu 75 faiz artırılır - Qiymətlər sürətlə bahalaşır
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumların...