Qazla işləyən maşınların sayı artır - Avadanlıqlar neçəyə quraşdırılır? - VİDEO
05
noy
2017
09:00
Son illər ölkəmizdə avtomobillərə quraşdırılan qaz avadanlıqına maraq artıb. Xezerxeber.az-ın məlumatına görə, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir. Bu işlə məşqul olan şəxslər bildirir ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər. Ancaq bunun dizel mühərrikli maşınlara quraşdırılması mümkün deyil. 4 silindirili avtomobillərə qaz avadanlığının quraşdırılmasının qiyməti 1500, 6 silindirli maşınlara 1800, 8 silindirli avtomobillərə isə 2200 manatdır. Bu zaman bütün avadanlıq şirkət tərəfindən təmin edilir və müştəriyə 1 il zəmanət verilir. Qazla işləyən maşınlarda sərfiyyat benzinə nisbətən artıq olsa da, qazın qiymətinin 40 qəpik olması yanacağa çəkilən xərci qat-qar aşağı salır. Qaz avadanlığı quraşdırılan maşının salonuna kiçik bir qurğu da qoyulur ki, buradan maşında nə qədər qazın oldugunu, mühərrikin qaz, yoxsa benzinlə işlədiyini görmək olur. Avtomobilə quraşdırılan ''qaz beyni'' isə təhlükə anında partlama və yanmanın qarşısını alır. Qaz avandlıqlarını quraşdıran şirkət mütləq müştəriyə həm qaz avadanlığı quraşdırmaq üçün ona verilən sertfikatın surətini, həm də avtomobilə quraşdırılan avadanlığın rəsmi sertifikatını təqdim etməlidir. Bu sənədlərlə yol polisinə yaxınlaşıb maşının texniki pasportunda da müvafiq dəyişiklikləri qeyd etdirmək lazımdır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: BAKU.WS
Oxşar xəbərlər
Maşın bazarından reportaj: Benzinlə işləyən maşınlar da bahalaşdı (VİDEO)
Maşın bazarında həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. BAKU.WS xezerxeber.az-a istinadən məlumat verir ki, bununla yanaşı, son vax...