Azərbaycan universitetləri ciddi itki ilə üz-üzə

Azərbaycan universitetləri ciddi itki ilə üz-üzə
Sosial 917

Azərbaycan universitetləri 2018/2019-cu tədris il üzrə Şərqi Avropa və Mərkəzi Asiya universitetlərinin reytinqində demək olar ki, 50 pillə geriləyib.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, reytinqdə Azərbaycandan ən yüksək pillədə Bakı Dövlət Universiteti (BDU) qərarlaşıb - 142-ci pillə (dünya reytinqində 801-1000 ). Qeyd edək ki, ötən il Bakı Dövlət Universiteti reytinqdə 95-ci, ondan əvvəlki il isə 88-ci olub.

Xəzər Universiteti 161-170-ci yerdə (dünya reytinqində 701-750) qərarlaşıb, Azərbaycan Dövlət İqtisad Universiteti 181-190-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA və Azərbaycan Dillər Universiteti 201-250-ci yerlərdə, Bakı Slavyan Universiteti isə 251-300-cü pillədə qərarlaşıb.

Ümumilikdə götürüldükdə isə, Azərbaycan universitetlərinin hamısı Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqdə ötən illə müqayisədə geriləyib.

Məsələ ilə bağlı danışan BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözlərinə görə, bu il qiymətləndirmə ilə bağlı yeni indikatorlar daxil olunub və ona görə də reytinq yeni indikatorlar əsasında hazırlanıb: "Yəni əgər reytinq əvvəlki göstəricilər əsasında hazırlansaydı, BDU-nun göstəriciləri hətta artardı. Lakin reytinq hazırlanarkən kriteriyaların dəyişməsi bütün Azərbaycan universitetlərinin reytinqdə yerdəyişməsinə səbəb olub".

"Bu geriləmə bütün Azərbaycan universitetlərində müşahidə olunub və bu, yeni indikatorların daxil olunması ilə bağlıdır. Lakin BDU Azərbaycan universitetləri arasında öz liderliyini qorumaqda davam edir" - İbrahimova bildirib.

Onun sözlərinə görə, bundan sonra universitetdə yeni kriteriyalara cavab verən şərtlərə təkrar baxılacaq.

Qeyd edək ki, reytinq tərtib olunan zaman bu nüanslar nəzərə alınıb: Elmi reputasiya; işə götürənlər arasında reputasiya; professor–müəllim heyətinin tələbələrə nisbəti; internet resursların effektivliyi; müəllimlər tərəfindən dərc olunan məqalələrin sayı; dərc olunan məqalələrdən elmi sitatlar; elmi dərəcəsi olan alimlərin sayı internetdə mövcudluq; xarici professor-müəllim heyətinin say nisbəti; xarici tələbələrin sayı.

Maraqlıdır ki, reytinqdə Ermənistanın cəmi 3, Gürcüstanın isə 2 universiteti yer alıb.

Reytinqdə ilk pillədə Lomonosov adına Moskva Dövlət Universiteti qərarlaşıb. İkinci pillədə Rusiyanın Novosibirsk Dövlət Universitetidir. Üçüncü yeri isə iki universitet – Çexiyanın "Charles" Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür.

Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqə iki Türkiyə Universiteti – Yaxın Şərq Texniki Universiteti və Boğaziçi Universiteti də daxil olub.

Bu arada, ABŞ-ın "U.S. News and World Report" dərgisi təhsil səviyyəsinə görə dünyanın ən yaxşı 1250 universitetinin siyahısını yayımlayıb. Siyahıya Azərbaycan ali məktəblərindən heç birinin adı daxil edilməyib. Reytinqə qonşu ölkələrdən – Gürcüstandan bir universitetin (Tbilisi Dövlət Universiteti) adı daxil edilib.

BAKU.WS

Oxşar xəbərlər

BDU üç beynəlxalq reytinq siyahısına düşdü (FOTO)

BDU üç beynəlxalq reytinq siyahısına düşdü (FOTO)

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.Bakı Dövlət Universitetindən (BDU) BAKU.WS-ə veri...

959 Sosial 18:56 09 oktyabr 2018

Son xəbərlər