Azərbaycan polisi haqqında marş yazılıb - VİDEO

Azərbaycan polisi haqqında marş yazılıb - VİDEO
Video
Sosial 838
Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.Marşın sözləri belədir:Şanlı tarix keçibdir,Hər anında Vətən var,Hər sözündə Vətən var,Vətəndaşı, insanıQoruyandı, qoruyan,Azərbaycan Polisi!!!***Vəzifəsi müqəddəs,Sədaqəti əbədi,Azərbaycan polisi!Vicdanla qorumağa,And içibdir VətəniAzərbaycan polisi!***Gecə-gündüz demədən,Asayiş keşiyində,Ayıq-sayıq dayanıb,İnsandır əmanəti,Xalqına xidmət edir -Azərbaycan polisi!***NƏQARƏTVətən yolu – haqq yolu,Haqq yolundan dönməyən,Lazımsa, cannan keçər,Azərbaycan polisi!Vətən yolu – haqq yolu,Haqq yolundan dönməyən,Lazımsa, cannan keçər,Azərbaycan polisi!Azərbaycan polisi!BAKU.WS

Oxşar xəbərlər

Prezident Azərbaycan polisini təbrik etdi

Prezident Azərbaycan polisini təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib.Trend-in məlumatına görə, Azərbaycan polisinin 100 illiyi mü...

887 Siyasət 09:20 02 iyul 2018

Son xəbərlər